| Valyuta | Alış | Satış |
|---|---|---|
| USD | 0.785 | 0.788 |
| EUR | 0.99 | 1.02 |
| RUR | 0.024 | 0.0255 |
"DekaBank" KB ASC-nin yeni filialı açıldı
Filial şəbəkəsinin genişləndirilməsini, xidmətlərin keyfiyyətinin yüksəldilməsini, məhsul şərtlərinin təkmilləşdirilməsini daim hədəf olaraq seçmişik
"DekaBank"KB ASC-nin yeni lisenziya almış "LADA" filialının təntənəli açılış mərasimi keçirildi. Qeyd edək ki, Azərbaycan Respubılikasının Mərkəzi Bankı "DekaBank" KB ASC-yə yeni filial açmaq üçün 20.05.2010-cu il tarixdə lisenziya vermişdir.Həmin lisenziya əsasında Bankın Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi küçəsi, 574 ünvanında yerləşən "LADA" filialı əhaliyə filialın Əsasnaməsində nəzərdə tutulan geniş xidmət spektri təklif edir. Belə ki, "DekaBank" KB ASC -nin "Lada" filialının müştəriləri bütün növ bank xidmətləri: beynəlxalq surətli pul köçürmələri, hesablaşma kassa xidməti,plastik kartalarla iş, deposit-kredit əməliyyatları və valyuta mübadiləsi əməliyyatların həyata keçirə bilərlər.
Qeyd edək ki, yeni açılmış filialda daxil olmaqla Bankın ölkə üzrə müştərilərə xidmət göstərən filiallarının sayı 7-yə çatdırıldı.. "DekaBank" yaxın gələcəkdə daha bir-neçə filial açmağı planlaşdırıbdır.
Xatırladaq ki, Bankın səhmdarları 100% fiziki şəxs olan "DekaBank" KB ASC artıq 20 ildir ki, fəaliyyət göstərir.Qeyd edək ki, "DakaBank"ın kapitalında xarici səhmdarların iştirakı məsələsi də Bankın stareji hədəflərindəndir.
Cari ilin aprel ayının axırına aktivlərinin həcmi_Bankın 33132.91 mln manat , Ümumi deposit porfelinin həcmi 9365.6 mln manat , məcmu kapitalı 13772.29 mln manat, nizamnamə kapitalı isə artırılaraq 12438.62 mln manat həcmində olmuşdur.