| Valyuta | Alış | Satış |
|---|---|---|
| USD | 0.785 | 0.788 |
| EUR | 0.99 | 1.02 |
| RUR | 0.024 | 0.0255 |
Dünya iqtisadi böhranın maliyyə sektorundakı fəsadlarına baxmayaraq "DekaBank" KB ASC əhaliyə çoxçeşidli bank xidmətlərini (əmanətlərin cəlb olunması, kreditlərin verilməsi və s.)dayandırmamış,əksinə daim genişləndirilməsini diqqət mərkəzində saxlamışdır.
20 illik fəaliyyəti nəticəsində tədricən Azərbaycanın qabaqcıl banklarından birinə çevrilən "DekaBank" 2009-cu il dövrü üçün fəaliyyətinə uğurla yekun vurdu.
Bankın nizamnamə kapitalı 2009-cu il üçün 10 mln manat,ümumi kapitalı isə 12 782 000(on iki milyon yeddi yüz səksən iki min) manat həcmində olmuşdur.
Bankın aktivlərinin həcmi 2009-cu il üçün 32 434 110(otuz iki milyon dörd yüz otuz dörd min yüz on )manat təşkil edib.Bu isə 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə artıq artım deməkdir.
Ötən ilin yekunlarına Bankın kredit portfelinin həcmi 25% artaraq 25 700 987(iyirmi beş milyon yeddi yüz min doqquz yüz səksən yeddi) manata bərabər olmuşdur.
Hal-hazırda Bankın 2009-cu il üçün depozit portfelinin həcmi 8 015 400 (səkkiz milyon on beş min dörd yüz)manat təşkil edir.Bu isə 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 890 000 (iki milyon səkkiz yüz doxsan mi)manat artmışdır.
2009-cu ilin yekunu olaraq Bankın xalis mənfəəti 2008-ci il dövrü ilə müqayisədə 11(on bir) dəfə artaraq 2 844 900 (iki milyon səkkiz yüz qırx dörd min doqquz yüz) manat həcmində olmuşdur.