| Valyuta | Alış | Satış |
|---|---|---|
| USD | 0.785 | 0.788 |
| EUR | 0.99 | 1.02 |
| RUR | 0.024 | 0.0255 |
POS-terminal sistemindən müştərilərin ticarət və xidmət müəssisələrində öz plastik kartlarındakı vəsaitləri hesabına nağdsız formada ödənişlər aparması üçün istifadə edilir.Ölkəmizdə son dövrdə plastik kart istifadəçilərinin sayının surətlə artması əhaliyə xidmət növlərindən biri olan Pos - terminal sisteminin ticarət və xidmət müəssisələrində tətbiqini labüd edir.Pos-terminalının həm əhali üçün həmdə ticarət və xidmət müəssisələri üçün üstünlüklərinə gəldikdə isə bu sistem vasitəsilə aparılan nağdsız ödəniş səhv hesablaşmaların qarşısını alır və məbləğ dəqiq hesablanır.
Pos-terminalı ticarət və xidmət müəssisəsinin sifarişi və öz vəsaitləri hesabına Bank tərəfindən quraşdırılır. "Deka-Bank" KB ASC bir sıra ticarət obyektlərində öz Pos-terminallarını quraşdırıb artıq əhalinin xidmətinə vermişdir.