Valyuta kursları

Valyuta Alış Satış
USD 0.785 0.788
EUR 0.99 1.02
RUR 0.024 0.0255
 

I-Bank

 

“INTERNET BANK” XİDMƏTİ

DekaBank KB ASC  fərdi və korporativ müştərilərə Internet Bank xidmətini – müştəriyə banka gəlmədən xidmətlərdən istifadə imkanı verən uzaqdan bank xidməti texnologiyasını təklif edir.

 

Internet Bank xidməti müştəriyə dünyanın istənilən yerində hər gün 24 saat ərzində İnternetə çıxışı olan istənilən kompüterdən DekaBank-da olan öz hesablarını idarə etmək imkanı verir.

Bu xidmətin istifadəçiləri aşağıdakı keçid vasitəsilə işlərini davam etdirə bilərlər:

          Korporativ müştərilər üçün Internet Bank

 

Internet Bank mexanizminin universallığı sayəsində həm fərdi müştərilər, həm də şirkət və təşkilatlar bu xidmətdən istifadə edə bilərlər. Internet Bank xidmətindən istifadə üçün əlavə biliklər tələb edilmir.

 

 

Internet Bank xidmətinin imkanları:

·         Manat və valyuta ödənişlərini etmək

·         Valyuta məzənnələrini izləmək

·         Valyuta konvertasiyası üzrə sifarişlər vermək

·         Müəyyən müddət üçün hesabdan çıxarışlar üzrə sifarişlər vermək

·         Hesabdan çıxarışlara baxmaq

·         Kommunal ödənişlər 

Internet Bank xidmətinin üstünlükləri:

·         Operativlik – Internet Bank operativ olaraq bütün zəruri məlumatları almaq imkanı verir və bu da şübhəsiz ki, maliyyə məsələlərində çox vacibdir

·         Mümkünlük – Internet Bank xidmətindən dünyanın istənilən yerində hər gün 24 saat ərzində İnternetə çıxışı olan istənilən kompüterdən istifadə etmək olar

·         Rahatlıq – Internet Bank proqramı bir sıra lazımsız kağız işlərini aradan qaldır və onun sayəsində dəyərli vaxta qənaət etmək mümkün olur

·         Sadəlik – proqramın interfeysi bir çox istifadəçilərə yaxşı tanış olan Windows standartlarına uyğun hazırlanıb və bu da iş zamanı əlavə rahatlıq yaradır

·         Etibarlılıq – kriptomüdafiə vasitələri və elektron imza informasiyaya kənar və icazəsiz müdaxiləni mümkünsüz edir


Xidmətə qoşulma qaydası

 

Internet Bank xidmətindən istifadə üçün DekaBank-a ərizə ilə müraciət etmək lazımdır. Müvafiq sənədlər imzalandıqdan sonra Bankın əməkdaşı müştərinin iş yerində Internet Bank proqramını qurur və şirkətin əməkdaşı üçün treninq keçirir.