Kifayət qədər zəngin tarixi təcrübəyə malik olan Deka-Bank qabaqcıl texnologiyalardan istifadə edərək paytaxt Bakıda və regionlarda yerləşən filialları vasitəsilə rezident və qeyri-rezident hüquqi şəxslərə, həmçinin sahibkar fiziki şəxslərə kompleks hesablaşma-kassa xidmətləri göstərir. Respublika daxilində və Respublika xaricində dünya miqyaslı aparıcı banklarla olan sıx müxbir əlaqələrimiz,beynəlxalq elektron ödəniş sistemlərinin( S.W.I.F.T.və XÖHKS) üzvü olmağımız bizə hesablaşma-kassa xidmətlərini daha operativ və səmərəli həyata keçirməyimizə imkan verir.
Deka-Bank manat və xarici valyutada aşağıdakı hesablaşma-kassa xidmətlərini təklif edir:
- Cari hesabların açılması – Milli və xarici valyutada
- Milli və xarici valyutada hesablaşmalar(ödəniş tapşırığı,inkasso tapşırığı,sənədli akkreditiv və s.)
- Nağd pul vəsaitlərinin verilməsi, qəbul edilməsi və hesaba daxil edilməsi
- Bank köçürmələrinin həyata keçirilməsi – Azərbaycan daxilində və xarici ölkələrə
- Aparılmış əməliyyatlar və hesab üzrə arayış və çıxarışların, ödəmə sənədlərinin surətinin verilməsi
- Konvertasiya əməliyyatları – digər valyutanın alışı və satışı
- Bank əməliyyatları üzrə məsləhətlərin verilməsi
- İnkassasiya– müştərinin nağd vəsaitinin bir ünvandan digər ünvana daşınması
Hüquqi şəxslər(müəssisələr,şirkətlər) hesablaşma-hesabı açmaq üçün Bankımızın hər-hansı bir filialına müraciət edərək aşağıdakı lazımi sənədləri təqdim etməlidir:
- Hesabın açılması üçün Ərizə
- Müəssisənin nizamnaməsinin notarial qaydada təsdiq olunmuş surəti
- Müəssisənin Dövlət Qeydiyyatı haqqında Şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti
- Səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş Hüquqi Şəxslərin Dövlət Reyestrindən çıxarışının notarial qaydada təsdiq edilmiş surəti
- Azərbaycan Respublikası Vergilər Nazirliyindən verilən hesabın açılması haqqında şəhadətnamə-dublikatın əsli
- Müəssisənin rəhbərinin və baş mühasibinin işə təyinatı barədə əmrdən çıxarış
- Xarici və Milli valyuta ilə hesablaşma-kassa xidmətlərinin göstərilməsinə dair müqavilə(müqavilənin nümunəsini bank təqdim edir)
- Müəssisənin rəhbərinin və baş mühasibinin şəxsiyyətini təsdiq edən sənədlər
- İmza və möhür nümunələri olan vərəqənin notarial qaydada təsdiq edilmiş surəti
- VÖEN-nin surəti
Qeyri-rezident hüquqi şəxslər cari hesabın açılması üçün aşağıdakı sənədləri (leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notarial qaydada təsdiq edilmiş formada) təqdim etməlidir:
- Baş nümayəndənin adına verilmiş etibarnamə
- Baş ofisin nizamnaməsi və qeydiyyat şəhadətnaməsi
- Baş ofisin filialı və ya nümayəndəliyinin açılması haqqında qərarı
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər cari hesabın açılması üçün aşağıdakı sənədləri təqdim etməlidir:
- Hesabın açılması üçün Ərizə
- Şəxsiyyətini təsdiq edən sənəd
- Müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli
- İmza və möhür nümunələri olan vərəqənin notarial qaydada təsdiq edilmiş surəti
- VÖEN-nin surəti