Valyuta kursları

Valyuta Alış Satış
USD 0.785 0.788
EUR 0.99 1.02
RUR 0.024 0.0255
 

Biznes kreditləri

Deka-Bank müəssisələrə, şirkətlərə, sahibkarlara həmçinin sahibkarlıqla məşğul olan fiziki şəxslərə  biznes kreditləri təklif edir.Bank ticarət,sənaye,inşaat,kənd təsərrüfatı sahələrinə dair dəqiq təsnifatlandırımış,yaxşı işlənmiş  layihələri də kreditləşdirir. Biznes kreditlər həm dövriyyə vəsaitinin, həm də əsas vəsaitin maliyyələşdirilməsi istiqamətində də verilə bilər.Biznes kreditlərinin verilməsi müəssisənin Bankla fəaliyyət təcrübəsindən,maliyyə göstəricilərindən,kreditin müddəti və məbləğinə görə olan təminatından və biznesin növündən asılıdır.

Biznes kreditini əldə etmək üçün korperativ şəxs Bankın istənilən filialına gəlməli,Bank tərəfindən müştəriyə təqdim olunan ərizə formasını doldurmalı və ona tapşırılan lazımi sənədləri toplayaraq Banka təqdim etməlidir.

Biznes kreditlərinin növləri

Deka-Bank aşağıdakı çeşiddə biznes kreditlərini verir:

  • Mikrokreditlər
  • Kiçik və orta sahibkarlıq fəaliyyəti üçün kreditlər
  • İri kreditlər

Mikrokreditlər aşağıdakı şərtlərlə verilir:

Məbləğ maksimum: 10 000 AZN
Müddət maksimum: 24 ayadək
Faiz dərəcəsi İllik: 25-36%
Təminat zaminlik, qiymətli metal, daşınmaz və daşınar əmlak

Kiçik və orta sahibkarlıq fəaliyyəti üçün kreditlər aşağıdakı şərtlərlə verilir:

Məbləğ minimum: 10 000 ABŞ dolları maksimum: 100 000 AZN  
Müddət maksimum: 24 ayadək
Faiz dərəcəsi 25-30% illik
Təminat zaminlik, qiymətli kağızlar,aparıcı bankların zəmanəti,daşınmaz və daşınar əmlak

İri sahibkarlıq fəaliyyəti üçün kreditlər aşağıdakı şərtlərlə verilir Kreditin:

Məbləğ minimum: 100 000 AZN
Müddət maksimum: 24 ayadək
Faiz dərəcəsi 20-25% illik
Təminat zaminlik,əsas vəsaitlər,aparıcı bankların zəmanəti,3-cü şəxslərin (əmlak)zəmanəti,qiymətli kağızlar, qiymətli metal,daşınmaz və daşınar əmlak