| Valyuta | Alış | Satış |
|---|---|---|
| USD | 0.785 | 0.788 |
| EUR | 0.99 | 1.02 |
| RUR | 0.024 | 0.0255 |
Müxbir əlaqələrini mütəmadi genişləndirən “Deka-Bank” KB ASC müştərilərə sənədləşdirilmiş əməliyyatların aşağıdakı növlərini təklif edir:
Akkreditivlər
Sənədli akkreditiv – nağdsız hesablaşma formalarından biridir. O alıcıya malı qabaqcadan ödəniş yerinə yetirmədən əldə etmək, satıcıya isə mal üçün öz vəsaitlərini alacağına əmin olmaq imkanı verir.Bankla bağlanılmış müvafiq müqavilə əsasında, “Deka-Bank” KB ASC satıcı tərəfindən akkreditivin şərtlərinə tam müvafiq olaraq rəsmiləşdirilmiş sənədlər təqdim edildikdə, satıcının xeyrinə ödənişlər yerinə yetirməyi öz öhdəsinə götürür.
Deka-Bank öz müştərilərinə akkreditivləri həm manatla,həm də xarici valyutada açır.
Sənədləşdirilmiş akkreditivin üstünlükləri:
Alıcı üçün:
Satıcı üçün:
Zəmanətlər
Bank zəmanəti – Bağlanılmış müqavilə əsasında tərəflərin götürdüyü öhdəliklərin icrasının təmin olunmasını nəzərdə tutan geniş yayılmış sənədli əməliyyat növlərindən biridir. Bank zəmanəti alıcı tərəfindən onun satıcı qarşısında öhdəliklərinin lazımi qaydada icrasını təmin edir.Belə ki,zəmanətdən istifadə ,Sizə,əvvəlcədən ödəniş etməməyə və yalnız çatdırılma müqabilində və yaxud möhlətli ödəniş həyata keçirməyə imkan verir.
Deka-Bank Sizə bank zəmanətlərinin müxtəlif növlərini təklif edirik:
Inkasso
Deka-Bank Sizə həmçinin, sənədli əməliyyatlar üzrə inkasso kimi bir xidməti təklif edir. Sənədləşdirilmiş inkasso özlüyündə, onun vasitəsilə Bankın, Sizin tapşırığınızla, hesabat, əmtəə və pul sənədlərinin əsasında, çatası ödənişi əldə etdiyi bir əməliyyatı təmsil edir.
İnkasso üzrə əməliyyatların yerinə yetirilməsi zamanı, hesablaşmaların etibarlılığı və sürəti təmin edilir.
Sənədləşdirilmiş əməliyyatların təfsilatını dəqiqləşdirmək üçün Siz bankın mütəxəssislərinə müraciət edə bilərsiniz.