Valyuta kursları

Valyuta Alış Satış
USD 0.785 0.788
EUR 0.99 1.02
RUR 0.024 0.0255
 

Avtomobil krediti

Avtomobil alınması üçün verilən kredit

Kreditləşmənin şərtləri:

  • Azərbaycan Respublikasının yetkinlik yaşına çatmış, sabit qazanca malik olan vətəndaşları kredit ala bilərlər,
  • kreditin məbləği 10 000 AZN
  • kreditin mıddəti 12-24 aydır
  • faiz dərəcəsi illik 26 faizdir
  • kredit gələcək ödəmələr cədvəlinə uyğun olaraq hər ay bərabər hissələrlə ödənilir
  • kreditin qüvvədə olduğu müddətdə alınmış avtomobilin sığortalanması məcburi şərtdir
  • zaminin (krediti alan şəxs kimi, borcalana zamin duran şəxsin) təqdim edilməsi məcburi şərtdir
  • kreditin girov təminatı - kreditlə alınan avtomobil girov qoyulur və Azərbaycan Respublikası Dövlət Yol Polisində icbari qeydiyyata alınır

Bu növ kreditlər ili 2002-ci ildən yuxarı  xarici avtomobillər üçün verilir.

Krediti almaq prosedurası:

  • müştəri avtomobilin modelini seçmək üçün avtosalona müraciət edir; bankın razılığını aldıqdan sonra alqı-satqı müqaviləsini bağlayır
  • müştəri avtomobilin ümumi dəyərinin 30 faizindən (Rusiya avtomobilləri üçün) 40 faizinədək (xarici avtomobillər üçün) olan məbləğdə ilk haqqı avtosalonun kassasına ödəyir
  • avtosalonda müştəriyə arayış-hesab verilir
  • müştəri arayış-hesabı digər lazımi sənədlərlə birlikdə bankın kredit şöbəsinə təqdim edir
  • müştəri bankla kredit və girov müqavilələri bağlayır
  • müştəri sığorta agentliyinin bankdakı nümayəndəsi ilə "avto kasko" sığorta müqaviləsi bağlayır və onu ödəyir

Lazımi sənədlər:

  • borcalanın şəxsiyyətini təsdiq edən sənəd
  • borcalana zamin duran tərəfindən verilən zəmanət
  • avtomobilin gətirilməsinə icazə verən gömrük bəyannaməsinin surəti
  • avtosalonun arayış-hesabı