| Valyuta | Alış | Satış |
|---|---|---|
| USD | 0.785 | 0.788 |
| EUR | 0.99 | 1.02 |
| RUR | 0.024 | 0.0255 |
Deka-Bank əhaliyə müxtəlif çeşidli depozit qoyuluşlarını təqdim edir.Uzunmüddətli ,Qısamüddətli və Müddətsiz kimi təqdim etdiyimiz əmanət qoyuluşlarının çeşid seçimini müştəri özü müəyyən edir. Əmanət qoyuluşunun məbləği limitsizdir. Əmanət Milli valyutada, ABŞ dollarinda, və Avroda qoyula bilər. Belə ki,depozit qoyan şəxs əmanətin müddətini, valyutasını, məbləğini özü müəyyənləşdirir və əmanətin növünə görə təqdim etdiyimiz dəqiq depozit qrafiki ilə yatırdığı əmanətin müqabilində yüksək faiz gəlirləri əldə edir.Bankımız əmanətin saxlanmasına və məxfliyinə zəmanət verir. Depozit hesabı pulsuz açılır. Faizlər müştərinin arzusundan asılı olaraq aylıq, rüblük və ya illik ödənilə bilər. Müddətli depoziti olan müştərilərə əmanətin 70%-i məbləğində güzəştli kredit verilə bilər. Güzəştli kreditin faiz dərəcəsi əmanətin faiz dərəcəsindən 8% yuxarı təşkil edır.
Bankın təklif etdiyi depozit çeşidi:
Qısamüddətli
Depozitin şərtləri:
Uzunmüddətli
Depozitin şərtləri:
Müddətsiz
Depozitin şərtləri:
Əmanətin müddətinin uzadılması
Əgər müddət başa çatdıqdan sonra əmanət əmanətçi tərəfindən tələb olunmayıbsa, müqavilə həmin müddətə uzaldılmış hesab olunur.
Bank müqavilənin müddətinin uzaldılmasına razı olmadıqda əmanətçinin əmanəti ona əvvəlcədən xəbər verməklə geri qaytarılır.
Uzaldılmış müddət ərzində faiz dərəcəsi dəyişmir .
Əmanətin vaxtından əvvəl götürülmə şərtləri
Əmanətçi öz əmanətini Bankdan vaxtından əvvəl də geri götürə bilər. Əmanətçi əmanəti geri istəyərsə, Bank əmanətin tam məbləğini maksimum 5 iş günü ərzində əmanətçiyə qaytarır. Bu öhdəlik əmanət Banka yerləşdirilərkən imzalanan müqavilədə də əks olunur.
Əmanəti vaxtından əvvəl götürdükdə:
Əmanətlərin sığortalanması
DekaBank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və Bankda yerləşdirilmiş bütün növ əmanətlər “Əmanətlərin Sığortalanması haqqında”Qanunun şərtlərinə əsasən sığortalanır.
“Əmanətlərin sığortalanması haqqında” dövlət qanununa əsasən sığorta halı yarandıqda Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmış əmanət üzrə ödənilən kompensasiyanın məbləği 1 yanvar 2009-cu ildən əmanətin 100% həcmində maksimum 30000 manat təşkil edir.
Əmanətin yerləşdirilməsi qaydası:
Əmanət yerləşdirmək üçün şəxsiyyət vəsiqəsi ilə Bankın hər-hansı bir ofisinə yaxınlaşmaq lazımdır. Əmanətçiyə bağlanılan əmanət müqaviləsinin bir nüsxəsi, və əmanət kitabçası verilir.