| Valyuta | Alış | Satış |
|---|---|---|
| USD | 0.785 | 0.788 |
| EUR | 0.99 | 1.02 |
| RUR | 0.024 | 0.0255 |
Azərbaycanda ilk özəl bank olaraq “Deka-Bank” KB ASC 1989-ci ildə təsis edilmişdir.Keçmiş sovet dönəmində kooperativ bank kimi xidmət göstərən “Deka-Bank” artıq 20 ildir ki,öz fealiyyətini uğurla davam etdirir.
Sovet İttifaqı dağıldıqdan sonra 09 dekabr 1992-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı “Deka-Bank”-ın(Bankın) lisenziyasını yeniləyərək kommersiya bankı kimi bütün növ bank əməliyyatlarının aparılması , fiziki və hüquqi şəxslərə çox saylı bank xidmətlərinin göstərilməsi üçün 68 saylı lisenziya vermişdir. Belə ki,hazırda Bank olaraq Respublika əhalisinə kredit,depozit,hesablaşma-kassa ,plastik kartlarla əməliyyatlar üzrə bank xidmətləri göstərilir.
1996-cı ildən Bank Bakı Banklararası Valyuta Birjasının bank olaraq üzvüdür.
2001-ci ildən Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sisteminə (S.W.İ.F.T.-DEKBAZ22) keçməklə Deka-Bank KB dünyanın istənilən nöqtəsinə valyuta ödənişləri və qəbul edilməsi üzrə xidmətlərini genişləndirmiş oldu.Bir önəmli məqamı da qeyd edək ki,SWİFT –sistemi ən sürətli məlumat ötürülməsi sistemi hesab edilir.Əgər bankların bir-birində müxbir hesabları varsa bir məlumat 15-20 saniyə ərzində ötürülə bilir.Ödəniş hesablar vasitəsilə aparılır.
Bank 2002-ci ildən XÖHKS sisteminə qoşulmuşdur.Mənası Xirda Ödəniş Klirinq Sistemi deməkdir.Bu sistemdən Respublika daxili 40 000 manata qədər olan məbləğlərin köçürülməsində istifadə edilir.
Bank 2003-cü ildən MİGOM pul köçürmələri sisteminin üzvüdür.MİGOM sistemi ilə Bank MDB dövlətlərindən qısa bir müddətdə(10 dəq) pul ödənişlərini (valyuta nüvü:RUR ,USD)qəbul edir və həmin ölkələrə qeyd olunan valyuta növləri üzrə pul vəsaitlərini edir.
2003-cü ilin mart ayından Bank Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil bankı seçilmişdir.
2004-cü ildən Bank lokal plastik kartlarla əməliyyata başlamışdır.
2004-cü ildən təşkilati hüquqi forma dəyişilərək Məhdud Məsuliyyətli Kommersiya Bankı “Deka-Bank” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.Belə ki, “DekaBank” KB ASC olaraq yeni hüquqi statusla fəaliyyətə başladı.
2005-ci ildən Bank “Western Union” Beynəlxalq Pul Köçürmələri Sisteminin üzvüdür.Bu sistem ilə dünyanın istənilən nöqtəsinə məsafədən asılı olmayaraq istənilən dəqiqədə pul vəsaitlərini köçürmək mümkündür.
2007-ci ildən “Bıstraya Poçta” Beynəlxalq Pul Köçürmələri Sisteminə qoşulmüşdur.Bankın müxtəlif növ təcili pul vəsaitlərinin köçürülməsi sistemlərinə üzv olması müştərilərimizə tariflərə görə seçim imkanı verir.Komissiya xərci pul göndərən şəxs tərəfindən ödənilir.
2007-ci ildən Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.”Deka-Bank” KB ASC müştərilərin yerləşdirdiyi əmanətlərin sığortalanmasını “Əmanətlərin Sığortalanması Haqqında”Qanunun şərtlərinə müvafiq həyata keçirir.
2008-ci ildən əhalidən kommunal xidmətləri üzrə ödəmələrin qəbulunu həyata keçirən “Deka-Bank” KB ASC sosial yönümlü fəaliyyətində bank xidmətlərinin çeşidini artırmış oldu.
2008-ci ildə Bankın birinci nominasiya üzrə-akkreditivlərdən səmərəli istifadə olunmasına görə “UĞUR” mükafatına layiq görülməsi tariximizin unudulmaz səhifəsidir.
2009-cu ildən beynəlxalq mühasibat standartlarına uyğun audit keçirilir.Bankın fəaliyyətinin auditi RSM Kapital Karden beynəlxalq audit şirkəti tərəfindən həyata keçirilir.
2009-cu ildə müştərilərimizə daha bir təcili pul köçürmə xidməti sistemini :”PRİVAT MONEY”-ni gətirdik.
Bankımız Azərbaycanın, Avropanın və MDB ölkələrinin aparıcı bankları ilə geniş müxbir əlaqələrə malikdir.Yaxın gələcəkdə müxbir hesabların sayını artırmaq,əsasən də Amerika (ABŞ) banklarında hesab açmaq nəzərdə tutulur.
“Deka-Bank”KB ASC Respublika əhalisinə kredit,depozit,hesablaşma-kassa ,plastik kartlarla əməliyyatlar üzrə bank xidmətləri göstərir.
Bank olaraq fəaliyyətimizin əsas istiqamətlərindən biri də Respublikamızda çoxluq təşkil edən kiçik və orta sahibkarlığın kreditləşməsində iştirak etmək,regionlarda kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan əhaliyə hər növ kömək göstərmək,əhalinin istehlak kreditlərinə olan ehtiyaclarını təmin etməkdir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin sahibkarlara kredit verilməsində müvəkkil bank kimi iştirak edən “Deka-Bank”KB ASC indiyə qədər sahibkarlıq fondunun hesabına 20 RAYON üzrə 220 sahibkara 8.5 milyon manat kredit vermişdir.Bank əlavə resurslar əldə etmək hesabına da əhaliyə və müxtəlif sahələrdə çalışan sahibkarlara kreditlər vermişdir.Ümumi kredit qoyuluşunun 55% faizi müəssisələrin, 45%-i isə fiziki şəxslərin payına düşmüşdür.Özəl sektora yönəldilən kreditlərin 95% ticarət və xidmət sahələrinə,5% faizi isə kənd təsərrüfatı müəssisələrinə yönəldilmişdir. Belə ki , ötən il bankın əldə etdiyi əsas gəlirin mənbəyinin 81%-i faiz gəlirlərindən və 19% isə xidmət haqlarından ibarət olmuşdur.
Bank bazarında 20 ildən artıq fəaliyyəti nəticəsində "DekaBank KB" ASC tədricən Azərbaycanın qabaqcıl banklarından birinə çevrilərək texniki və maliyyə bünövrəsini möhkəmləndirmişdir.
Bank sabit müştəri bazasına malikdir. Bankın müştəriləri sırasında sahibkarlığın müxtəlif sektorlarında fəaliyyat göstərən, kənd təsərrüfatı, tipoqrafiya xidmətləri, qabaqcıl avtomobil şirkətlərinin distribyutorları, sənaye (tomat pastası, dondurma, yuyucu maddələr və s.) şirkətləri, səyahət, tikinti, nəqliyyat, kommunikasiya kompaniyaları, elmi-tədqiqat idarələri, BEHM zavodu və s. böyük şirkətlər var.
Bank mərkəzi ofisi Bakı şəhərində olmaqla 7 filial şəbəkəsi ilə respublikamızın müxtəlif regionlarında fəaliyyət göstərir.